Əlaqə Arxiv
news Image
2014.07.10
12:45
| A A A
Dəmir yollarında mövsümlə bağlı təhlükəsizlik tədbirləri görülür

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri yay mövsümü ilə bağlı gücləndirilmiş iş rejimində çalışırlar.



"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Publika.az-a bildirib ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.



İnfrastruktur Departamentinin kollektivləri tərəfindən rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, elektrik təchizatı, işarəvermə və rabitə qurcularına gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir.



Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının sanitariya durumu, soyuducu sistemi bir daha yoxlanılır, beynəlxalq və "Ekspres" tipli qatarlarda yolboyu sərnişinlərə mədəni xidmət göstərilir. Eyni zamanda, vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.


Sizin Reklam Yeriniz