Əlaqə Arxiv
news Image
2014.07.10
13:09
| A A A
Azərbaycandakı həkimlərin sayı açıqlandı

Əgər ötən əsrin əvvəlində Azərbaycanda 300-dən bir az artıq həkim çalışırdısa, indi bu rəqəm 32 mini keçib. Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan "Tibb" qəzetində bildirilir ki, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında cıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün səhiyyə sahəsində imkanlar ildən-ilə artır. Amma insanların tələbi də artır: "Çünki sərhədlər açıqdır, hər bir Azərbaycan vətəndaşının istədiyi ölkəyə səyahət etmək, orada səhiyyə xidmətlərindən xəbərdar olmaq imkanları var. Bu gün insanlar Azərbaycan səhiyyəsini ABŞ, İngiltərə səhiyyəsi ilə müqayisə edirlər ve onlarla eyni səviyyədə olmasını istəyirlər. Əlbəttə ki, biz də bunu istəyirik və bunun üçün çalışırıq. İnşallah, bizim səhiyyəmiz onlardan da yüksək səviyyədə olacaq".

O.Şirəliyev əlavə edib ki, bu gün insanlar öz sağlamlıqlarına qarşı daha diqqətli olublar. Onlar ildə bir və ya bir neçə dəfə tibb müəsisələrinə müraciət edərək müayinədən keçirlər. Nazir bunu müsbət hal kimi qiymətləndirib.

( Trend )

Sizin Reklam Yeriniz