Əlaqə Arxiv
news Image
2014.07.10
13:53
| A A A
Əli Əhmədov tibbi sığortayla bağlı ciddi addımlar atılacağını deyib

Bu il Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı ciddi addımlar atılacaq. Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. 


Əli Əhmədov bildirib ki, səhiyyə sisteminin maliyyələşməsi mexanizmi köklü surətdə dəyişəcək.

"Bu isə o qədər də asan bir iş deyil. Tibbi heyətin hazırlanması və digər işlər görülməlidir. Bu istiqamətdə hazırlıq işləri aparılır. Bu il ciddi addımlar atılacaq. İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsində həkim-xəstə münasibətlərində bütövlüklə yeni münasibətlərin yaradılmasını nəzərdə tutur". 


Nazir müavini icbari tibbi sığortanın tətbiq olunması ilə bəzi mənfi hallar köklü surətdə aradan qaldırılacağını düşündüyünü qeyd edib. 

Sizin Reklam Yeriniz