İrana embarqo
Movqe.az xəbər verir ki, Avropa
Birliyinin İrana qarşı aldığı neft sanksiyası
qərarından sonra Tokio rəhbərliyi də Tehrandan iyul ayı ərzində neft gəlməyəcəyini açıqlayıb. Tətbiq edilən embarqonun çərçivəsində sığorta firmaları
İrandan gələn neft daşıyan tankerləri sigortalamır. Dəniz ticarət
qaydaları çərçivəsində sığortası olmayan gəmilər dənizlərdə səyahət
edə bilməz. Tokionun neft alamamasının əsas səbəbinin sığorta
problemi ilə bağlı olduğu, bu problemin həllindən sonra Yaponiyanın
neft almağa davam edəcəyi bildirilib. Yaponiyanın ilə yanaşı Cənubi
Koreya da Tehrandan neft alışını dayandırıb.