Əlaqə Arxiv
news Image
2014.07.10
12:00
| A A A
YAP Masallı rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı rayonda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar yığıncağı olmuşdur. 

 

Yığıncağı giriş sözü ilə açan Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ələddin Nəzərov təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının fəalliyyətindən söhbət açmış və söyləmişdir ki, xalqın dərin etimadını və etibarını qazanmış YAP güclü siyasi təşkilat olaraq formalaşıb, inkişaf edib və Vətənimizin tərəqqisi naminə genişmiqyaslı fəaliyyət göstərir.


Sonra yığıncaqda təşkilati məsələyə baxılmış və Ələddin Nəzərov YAP Masallı rayon təşkilatının Mərkəzləşdirilmiş Kitabxana Sistemi ərazi ilk partiya təşkilatının sədri seçilmiıdir. 

 

Yığıncaqda çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Abusət oğlu Əliyev əsası Ymummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışmış və söyləmişdir ki, XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün olmuşdur. Öz xalqına sədaqətlə xidmət etmiş Ulu öndər Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir.


Bu gün Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz iqtisadi inkişaf sürətinə görə dünyada liderlər sırasındadır. Artıq Azərbaycan dövləti dünyada nüfuzlu ölkələr sırasındadır və ölkəmiz getdikcə daha da güclənir.


Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binası 4 sentyabr 2013 - cü ildə istifadəyə verilmiş, onun açılışında Prezident İlham Əliyev iştirak etmişdir.


Hazırda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının 9111 nəfərdən çox üzvü vardır. Təşkilatın üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallıq göstərir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.


İkimərtəbəli binanın inşasına 2012-ci ilin iyulunda başlanılmış, tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Ümumi sahəsi 2650 kvadratmetr olan bina müasir inventar və havalandırma sistemi ilə təchiz edilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stend vardır. Birinci mərtəbədə, həmçinin partiyanın qadınlar şurası və gənclər birliyi üçün də otaqlar yaradılmışdır. Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin inzibati otaqlar da vardır. Bu mərtəbədə müxtəlif tədbirlərin təşkli üçün 100 yerlik konfrans zalı, arxiv və digər otaqlar da müasir səviyyədə qurulmuşdur.


Çox sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların tikilməsi ölkənin bu aparıcı siyasi təşkilatının fəaliyyətinin daha da güclənməsinə xidmət edir.

Sizin Reklam Yeriniz