Əlaqə Arxiv
news Image
2014.07.10
17:29
| A A A
Səudiyyə Ərəbistanından azərbaycanlı zəvvarlara təhlükəli virus xəbərdarlığı-ÖZƏL

Səudiyyə Ərəbistanı Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) xəbərdarlıq məktubu yollayıb. QMİ-nın mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın Movqe.az-a verdiyi məlumata görə, direktivlərdə Azərbaycanda Həcc ziyarətini təşkil edən qurum olan QMİ-ə zəvvarları Yaxın Şərq Respirator Sindromundan (MERS) qorumaqla çağırıb: "Səhiyyə şərtlərində göstərilib ki, zəvvarlar Yaxın Şərq Respirator Sindromundan (MERS) qorunmaq üçün gigiyenik tələblərə əməl etməlidirlər. Əlləri yumaq və öskürən adamlardan kənar durmaqla bu virusdan qorunmalıdırlar". 

R. Dadaşova Həcc ziyarəti zamanı zəvvarların bu virusla bağlı təlimatlandırılacağını, onlara gigiyenik tələblərə əməl etmələrinin tövsiyyə olunacağını söyləyib. Qeyd edək ki, Ümumdunya Səhiyyə Təşkilatı (ÜST) da həcc ziyarətinə hazırlaşan zəvvarlara Yaxın Şərq Respirator Sindromundan (MERS) qorunmaları ilə çağırış edib. ÜST-ün təmsilçisi Mark Jakobs deyib ki, əlləri yumaq və öskürən adamlardan kənar durmaq bu virusdan qorunmağın ən sadə yoludur. Jakobs əlavə edib ki, Məkkədən qayıdan xəstə zəvvarların Asiyada bu xəstəliyi yayması təhlükəsi də azdır. O, MERS-in ilkin düşünüldüyündən az yoluxucu olduğunu bildirib. Ancaq bu virusdan Yaxın Şərqdə 287 nəfər ölüb. Xatırladaq ki, ötən həftə Filippin dindarlara müraciət edib, MERS təhlükəsinə görə Məkkəyə getmək planlarına yenidən baxmağa çağırıb.


Sizin Reklam Yeriniz