Əlaqə Arxiv
news Image
2014.07.10
19:05
| A A A
Rəis Rəsulzadə: “Prezidentə diqqətinə görə təşəkkür edirəm”

"Müalicəmlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmişdim. Dövlət başçısının göstərişi ilə hərtərəfli müayinə və müalicə olunmaq üçün Almaniyaya göndərilmişəm. Prezidentə bu diqqətinə görə təşəkkür edirəm". Bunu APA-ya açıqlamasında hazırda Berlində "Şarite" hospitalında müayinədən keçən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə söyləyib. R.Rəsulzadə bildirib ki, hələlik ilk müayinələrinə başlanılıb: "Müayinələrdən sonra əməliyyat edilib-edilməyəcəyim dəqiqləşəcək". Qeyd edək ki, Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssamdır. R.Rəsulzadə həmçinin ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir. Ağır xəstəlikdən əziyyət çəkən R.Rəsulzadənin 2013-cü ilin əvvəlində də Bakıda eyni xəstəlikdən əməliyyat və müalicə olunduğu bildirilir.

Sizin Reklam Yeriniz