Əlaqə Arxiv
news Image
2014.07.10
19:15
| A A A
Balığın içində narkotik keçirmək istədilər

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, orada  cəza çəkən, Cinayət Məcəlləsinin  06.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman, 2  ədəd quru balığın içərisində gizlədilmiş, 7  ədəd sellofana bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz