Əlaqə Arxiv
news Image
2014.07.11
12:49
| A A A
Abel Məhərrəmov ən yaxşı rektor seçildi

"Ən fəal və ən yaxşı rektor" sosial sorğusunda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qalib gəlib. 


Movqe.az xəbər verir ki, Facebook sosial şəbəkəsinin geniş əhatəli səhifələrindən olan 119 minlik "Azerbaycan Universitetləri"ndə ilin ən yaxşı rektoru sorğusu başa çatıb. Sorğunun ilkin mərhələsində 48 rektordan 10 rektor müəyyən olunub və sorğuda ilk yeri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutub. Sonradan sorğunun ikinci mərhləsinə start verilib. 10-luqdakı rektorlar arasında yarış başlayıb və nəhayt 2013/2014 mövsümünün facebook sosial şəbəkəsində "tələbələr arasında adı ən çox hallanan ən fəal və ən yaxşı rektor" sosial sorğusunda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qalib gəlib. 2500-dən çox tələbənin verdiyi səslərə əsasən: 


1. Abel Məhərrəmov (BDU rektoru) - 605 səs 


2. Ədalət Muradov (ADİU rektoru) - 487 səs 


3. Aqiyə Naxçıvanlı (AMİ rektoru) - 441 səs 


4. Səməd Seyidov (ADU rektoru) - 325 səs 


5. Ahmet Sanıç (Qafqaz rektoru) - 298 səs 


6. Arif Paşayev (MAA rektoru) - 104 səs 


7. Havar Məmmədov (AzTU rektoru) - 97 səs 


8. Kamal Abdulla (BSU keçmiş rektoru) - 89 səs 


9. Gülçöhrə Məmmədova (AzMİU rektoru) - 65 səs 


10. İbrahim Cəfərov (ADAU rektoru) - 40 səs


 Səsvermədə yalnız real profillərdən gələn səslər hesaba alınıb və 1 nəfərdən yalnız 1 şərh qaydası ilə hesablanıb.


Sizin Reklam Yeriniz