Əlaqə Arxiv
news Image
2014.07.11
15:42
| A A A
Bu gündən Bakı-Cenevrə-Bakı istiqamətində birbaşa uçuşlar başlayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Silkway Travel" şirkəti ilə birlikdə bu gündən etibarən Bakı-Cenevrə-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayır.


"APA -Economics"ə AZAL-dan daxil olan məlumata görə, uçuşlar hər həftənin V və VII günləri, yalnız birinci və biznes sinif konfiqurasiyasına malik, yüksək komfortlu biznes cetlərlə həyata keçiriləcək.

 

Bu reyslərin sərnişinləri həm hava limanında, həm də uçuş zamanı AZAL-ın biznes xidmətləri ilə tam şəkildə əhatə olunacaq, onların AZAL-MİLES hesablarına artırılmış ballar köçürüləcək.

 

Qeyd edək ki, Bakı-Cenevrə marşrutu üzrə təyyarə saat 07:55-d’ havaya qalxır və 09:55-da eniş edir. Cenevrə-Bakı istiqamətində isə qalxış saat 11:15-də, eniş isə 18:55-də yerinə yetiriləcək.


Sizin Reklam Yeriniz