Əlaqə Arxiv
news Image
2014.07.11
17:55
| A A A
Bakıya giriş asanlaşdı (FOTO)

Sulutəpə-Biləcəri yolunun yenidənqurulmasının böyük hissəsi yerinə yetirilib

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidənqurulması üzrə işlərin böyük hissəsi yerinə yetirilib. 


"Azəryolservis "ASC-nin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, uzunluğu 1,5 km təşkil edən mövcud 2 zolaqlı yolda əlavə 6 hərəkət zolağı inşa edilir.


Layıhə üzrə Sulutəpə və Xocəsən istiqamətində dairəvi qovşaqlar, 2 avtobus dayanacağı, hər tərəfdə eni 1 m. olan səkilər və eni 1 m. olan ayrıcı zolaqda işıqlandırma sistemi quraşdırılacaq. Ötən müddətdə kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri, Sulutəpə-Biləcəri istiqamətində 3 qat, Biləcəri-Sulutəpə hissəsində isə 2 qat asfalt-beton örtük döşənməsi başa çatıb.


Hazırda Biləcəri-Sulutəpə hissəsində asfalt-beton örtüyünün 3-cü qatının vurulmasına hazırlıq işləri gedir. Sulutəpə-Biləcəri hissəsi nəqliyyatın hərəkəti üçün açıq olan yolun yaxın vaxtlarda bütün zolaqlarının istismara verilməsi gözlənilir.


Yolun müasir üslubda yenidən qurulması ölkənin şimal-qərb bölgəsindən Bakı şəhərinə, eyni zamanda Lökbatan-Xocasən istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarına çıxışını asanlaşdıracaq.


Sizin Reklam Yeriniz