Əlaqə Arxiv
news Image
2014.07.11
19:24
| A A A
ARDNŞ-da Hondurasın iqtisadi inkişaf naziri ilə görüş keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) şirkətin prezidenti Rövnəq Abdullayev Hondurasın iqtisadi inkişaf naziri Alden Riveranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Rövnəq Abdullayev bildirib ki, regional və qlobal əhəmiyyətli layihələr üzrə qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılıb.

 

Bu sektorda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında artıma səbəb olub. Son illər ölkəmizin enerji sektorunda əldə etdiyi müvəffəqiyyətlər, infrastrukturun yenilənməsi, daxildə və xaricdə həyata keçirdiyi layihələr haqqında qonaqlara ətraflı məlumat verən ARDNŞ-ın prezidenti bu ilin may ayında Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünü xatırladıb, belə səfərlərin ölkələr arasında əməkdaşlığın formalaşmasında mühüm rol oynadığını bildirib.


Hondurasın iqtisadi inkişaf naziri Alden Rivera Azərbaycanın qısa bir müddətdə böyük inkişafa nail olduğunu söyləyib, enerji sahəsində həyata keçirilən regional və qlobal miqyaslı layihələrin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan və regionun lider şirkətlərindən biri olan ARDNŞ ilə uzunmüddətli əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib.


Sonra görüşdə Hondurasdakı iqtisadi və humanitar vəziyyət, ölkənin iqtisadiyyatı və sosial-mədəni inkişaf səviyyəsi haqqında təqdimat keçirilib. Bildirilib ki, ölkədə iqtisadiyyatın artımına, inkişaf edib böyüməsinə, yeni iş yerlərinin yaradılmasına ehtiyac var. Bunun üçün Hondurasın böyük potensiala malik olduğunu söyləyən nazir Alden Rivera bu istiqamətdə atılan addımlardan söz açmış və SOCAR-ı öz ölkələrində biznes fəaliyyətində görmək arzularını ifadə edib. ARDNŞ prezidenti Rövnəq Abdullayev təkliflərin dəyərləndiriləcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz