Əlaqə Arxiv
news Image
2014.07.13
19:00
| A A A
İsrail ordusu Qəzzaya girdi
İsrail ordusu Qəzzada quru əməliyyatlara başlayıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, artıq İsrail xüsusi təyinatlıları Fələstin ərazisində irəliləməkdir. Fələstinlilərlə İsrail ordusu arasında döyüşlər başlayıb. "Həmas"la toqquşmalarda 4 İsrail əsgərinin yaralandığı bildirilir. Fələstin tərəfindən nə qədər itki verildiyi barədə məlumat hələ verilməyib.

Bu arada yayılana məlumata görə, İsrailin pilotsuz hərbi təyyarəsi Qəzzanın cənubunda yerləşən Milli İslam Bankının binasını bombalayıb.

Qeyd edək ki, İsrail ordusunun Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 163 nəfər ölüb, 1085 nəfər isə yaralanıb.
Sizin Reklam Yeriniz