Əlaqə Arxiv
news Image
2014.07.13
22:00
| A A A
Fransa qəzeti Avropa Oyunlarından yazıb
Fransanın gündəlik "Nice-Matin" qəzetinin 12 iyul tarixli nömrəsində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə əlaqədar iyulun 11-də Kannda Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə təşkil olunan yürüşdən bəhs edən "Bakı Kruazettdə" sərlövhəli məqalə dərc edilib.

Movqe.az Azertac-a istinadən xəbər verir ki , məqalədə "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunan tədbirin ilk dəfə Kannda baş tutduğu, gələn il Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı Kruazettdə 5 kilometrlik məsafədə yürüş təşkil olunduğu bildirilir.

Yürüşdə 100-dən artıq həvəskarın iştirak etdiyi vurğulanan məqalədə qaliblərin də fikirlərinə yer verilir.

Yazıda gələn il iyunun 12-dən 28-dək davam edəcək Avropa Oyunlarında idmanın müxtəlif növləri üzrə yarışların keçiriləcəyi diqqətə çatdırılır.
Sizin Reklam Yeriniz