Əlaqə Arxiv
news Image
2014.07.14
10:58
| A A A
Bakıdakı silahlı insidentin səbəbi məlum oldu (TƏFƏRRÜAT)
İki qardaşı qanına qəltan edən şəxs polis tərəfindən saxlanılıb

Kriminal Bakının Binəqədi rayonunda baş verən cinayətin təfərrüatları məlum olub. Binəqədi rayon Polis İdarəsindən movqe.az-a verilən məlumata görə, iyulun 12-də, gecə saat 04:00-da Biləcəri qəsəbəsi, "Meydan" kimi məşhur olan ərazidə boks idmanı ilə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib. Belə ki, 1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində 1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovu vurub. Samur Həsənov ilk öncə Samur Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı Şəhriyar Həsənovu qarnından bıçaqlayıb. Güllələnən qardaş hadisə yerində keçinib. Şəhriyar Həsənov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Samur Həsənov tutulub. Qeyd edək ki, hər üç hadisə iştirakçısı boksla məşğul olurmuş. Onlar Biləcəri meydanındakı idman zalında məşq edirmişlər. Deyilənlərə görə, qardaşlarla Samur Həsənov arasında həmişə narazılıq olub. Sonradan ortada söyüş söyüldüyü üçün münasibətlər daha da kəskinləşib. Onlar münasibətlərinə aydınlıq gətirmək üçün gecə saatlarında görüşüblər. Tərəflər yenə də ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən əlbəyaxa dava düşüb. Dava zamanı Samur Həsənov gəzdirdiyi silahdan istifadə edib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz