Əlaqə Arxiv
news Image
2014.07.14
11:20
| A A A
Yeni piyada keçidləri tikiləcək-FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2-ci texniki dərəcəli 15 - 45 km sahəsinin əlavə iki zolaq tikilməklə, 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğun yenidən qurulması işləri davam etdirilir.


Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi  "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

O deyib ki, layihə üzrə 38 ədəd müxtəlif diametrli dairəvi və düzbucaqlı   borunun, 1 yerüstü piyada keçidi, mal-qara və vəhşi heyvanların keçməsi üçün isə 7 keçid nəzərdə tutulub.

 

"Artıq torpaq işlərinin 85%-i yerinə yetirilib, genişləndirilən hissənin 2 zolağına 21 km məsafədə ikiqat asfalt-beton örtük döşənib. Qalan 9 km hissənin 7 km hissəsində torpaq işləri tamamlanıb, hazırda həmin sahədə yol örtüyünün dənəvər laylarının tikintisi gedir", - deyə P. Mürsəliyev əlavə edib.

 

Qeyd edək ki, layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.


Sizin Reklam Yeriniz