Əlaqə Arxiv
news Image
2014.07.14
11:00
| A A A
Mədət Quliyev müşavirə keçirdi
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində tərbiyə işinin təşkili sahəsində 2014-cü ilin birinci yarısı ərzindəki fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, müşavirədə penitensiar müəssisələrdə tərbiyə işinin təşkilində islah vasitələri və onların tətbiqi üsulları, məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsində, cəzaçəkmə müəssisəsinin növünün yüngülləşdirilməsində obyektivliyin və şəffaflığın təmini, tərtib olunan mülahizələrlə bağlı tələblərə riayət olunması, vurulmuş maddi ziyanın ödənilməsinin təşkilindəki nöqsanlar və onların aradan qaldırılması yolları müzakirə edilib. 
Sizin Reklam Yeriniz