Əlaqə Arxiv
news Image
2014.07.14
11:44
| A A A
Doğuş zamanı iki körpəsini itirən ana vəfat edib

Cəlilabad sakini doğuşdan dörd ay sonra vəfat edib.  Mərhumun yaxınlarının APA-ya verdiyi məlumata görə, xəstə ötən gün böyrək çatışmazlığından Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.  Qeyd edək ki, martın 18-də Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyata qaldırılan qadının əkiz oğlan uşaqlarının öldüyü məlum olub. G.Şəmiyevada doğuşdan sonra böyrək çatışmazlığı yaranıb. 

Sizin Reklam Yeriniz