Əlaqə Arxiv
news Image
2014.07.14
12:18
| A A A
Hava iyulun 16-dan yenə dəyişəcək

Sabah gündüzdən başlayaraq, Azərbaycanda yağıntıların tədricən kəsiləcəyi, sonrakı günlərdə isə temperaturun tədricən yüksələcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ötən günlərlə müqayisədə sərin hava şəraiti əsasən, bu gün müşahidə olunacaq. Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava küləkli olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Bakıda və Abşeron yarımadasında bu gün gündüz saatlarında havanın temperaturu 28 dərəcəyədək isti olacaq. Azərbaycanın rayonlarında da bu gün bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli, intensiv olacağı gözlənilir. Aran rayonlarında havanın temperaturu gündüz 30-35, dağlarda 19-24 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz