Əlaqə Arxiv
news Image
2014.07.14
12:26
| A A A
Qeydiyyat başladı

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən xəbərə görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər iyulun 14-dən 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə məlumatı daxil olduqları orta ixtisas təhsili müəssisəsindən əldə etməlidirlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olanlar siyahısından xaric ediləcək.


Sizin Reklam Yeriniz