Əlaqə Arxiv
news Image
2014.07.14
13:16
| A A A
İlham Əliyev İtaliyada rəsmi səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də İtaliyaya rəsmi səfər edib.


APA-nın məlumatına görə, Romanın Beynəlxalq Hava Limanında dövlət başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

 

Prezidenti Romadakı "Villa Borghese" parkında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Qeyd edək ki, abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb.

 

Sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.

 

Səfər davam edir.  

Sizin Reklam Yeriniz