"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Hərəkət Xidmətinə baş xəzinədar, xəzinədar və avtomatik buraxılış məntəqələrinin nəzarətçisi peşələri üzrə işə qəbul elan edib. Qurumun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, işə qəbulun tələbləri aşağıdakılardır.
Tələblər;
·Yaş: 25 – 45
· Təhsili:
o Orta təhsil
o Orta ixtisas və ali təhsili olanlara üstünlük verilir (İqtisadi sahələr üzrə)
· Dil bilikləri:
o Azərbaycan dili – Əla
o Rus dili bilənlərə üstünlük verilir
· İş yeri: Bakı şəhəri.
İş Haqqında qısa məlumat;
1.İş qrafiki: 12 saatlıq iş qrafiki tətbiq olunur. İşçi əmək fəaliyyətinə səhər saat 08:00-da başlayır və uyğun olaraq axşam saat 20:00 – da işini bitirir. O biri gün isə axşam saat 20:00-dan başlayır səhər saat 08:00 - da işini bitirir. Növbəti İki gün istirahət günü.
2. İşçilərin aylıq əmək haqları: Orta əmək haqqı 250 manat. (Gecə və gündüz növbələrindən asılı olaraq əmək haqqı daha çox ola bilər.)
Məlumat anketlərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Məlumat Anketlərinizi göndərərkən;
· Mövzu yerinə peşənin adını yazın.
· Əvvəlki iş yerlərinizdəki iş öhdəliklərinizi ətraflı qeyd edin.
· Azərbaycan dilində göndərin.