Əlaqə Arxiv
news Image
2014.07.14
20:35
| A A A
"Günəşli" yatağında özüldə əsaslı təmir işləri aparılır

ARDNŞ-nin "Neftqaztikinti" Tresti tərəfindən "Günəşli" yatağındakı 6 saylı Dərin Dəniz Özülündə əsaslı təmir işlərinə başlanılıb.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, təmir işləri özülün uzun müddət istismar olunan dayaq bloklarında metal-konstruksiyaların korroziyaya uğramış hissələrinin dəyişdirilməsi, köhnə hissələrinin aşınmadan mühafizə olunması və modullar arasında yanğından mühafizə arakəsmələrinin quraşdırılması məqsədi ilə həyata keçirilir.

İndiyə kimi ümumilikdə 31,3 min kvadrat metrlik metal-konstruksiyanın səthi təmizlənib. Bundan başqa, 333 kvadratmetrlik modullararası metal arakəsmələr "Chartek-7" markalı ikikomponentli odadavamlı materiallarla yanğından mühafizə olunub.

6 saylı özüldə əsaslı təmir işlərinin 2014-cü ilin dekabr ayında başa çatdırılacağı və özülün tam istismara veriləcəyi nəzərdə tutulur.

İşlər "Neftqaztikinti" Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir.

Sizin Reklam Yeriniz