Əlaqə Arxiv
news Image
2014.07.14
23:25
| A A A
Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib

Qax rayonunda külli miqdarda narkotik tərkibli bitki məhv edilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində "Xaşxaş 2014" şərti adı altında növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

 

Keçirilmiş tədbir nəticəsində rayonun Fıstıqlı kəndi yaxınlığında meşə zolağının istifadəyə olunmayan 1,7 hektar ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Əməliyyat zamanı Qax RPŞ-nin əməkdaşlarının iştirakı ilə ərazidən 12700 ədəd, ümumi çəkisi 3900 kq yabanı halda bitmiş çətənə kolları yığılaraq yandırılma yolu ilə məhv edilib.

 

Qax RPŞ-dən bildirilib ki, rayonun müxtəlif ərazilərində bitən narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.


Sizin Reklam Yeriniz