Əlaqə Arxiv
news Image
2014.07.14
19:45
| A A A
Rəsulzadənin nəvəsindən xəbər var
“Narahat olmayın, yaxşıyam”

"Hazırda səhhətim yaxşıdır. Həkimlər indi qan təzyiqimi ölçüblər. Narahat olmayın, hər şey yaxşıdır".


Bunu AzVision.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, hazırda Almaniyada müalicə alan Rəis Rəsuzladə deyib.


Səhhətində yaranan problemdən əziyyət çəkən R.Rəsulzadə böyk ehtimalla əməliyyat olunacağını bildirib.


"Yəqin ki, əməliyyat olunacağam. İndi danışa bilmirəm, həkimlər məni müayinə edir".


Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Rəis Rəsuzladə müalicə olunmaq üçün Almaniyaya göndərilib.


Ölkə başçısının göstərişinə əsasən, R.Rəsuzladə dövlət hesabına Almaniyanın məşhur "Şarite" hospitalında əməliyyat ediləcək və müalicə alacaq.


Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.


Sizin Reklam Yeriniz