Əlaqə Arxiv
news Image
2014.07.14
19:20
| A A A
62 yaşlı kişi naməlum şəxslər tərəfindən qətlə yetirilib

Abşeron rayonunda qətl hadisəsi baş verib.  Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, Abşeron rayon sakini, 1952-ci il təvəllüdlü Arif Məmməd oğlu Qasımov iyulun 14-də saat 02.00 radələrində kəsici deşici xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. 


Sizin Reklam Yeriniz