Əlaqə Arxiv
news Image
2014.07.15
11:22
| A A A
Hərbiçilərimiz Paris paradında (FOTO)
Silahlı Qüvvələrimizin zabitləri Parisdə hərbi paradda iştirak ediblər

İyulun 14-də Parisin məşhur "Yelisey çölləri" xiyabanında Birinci Dünya müharibəsinin 100 illiyi və Fransanın milli bayramı - Bastiliyanın alınması günü ilə əlaqədar hərbi parad keçirilib. 

Paradda iştrak edən 80 ölkə hərbiçiləri arasında ilk dəfə olaraq ölkəmiz də təmsil olunub. 


Azərbaycan Silahlı Qüvvələrinin zabitləri dövlət bayrağımızla ilk dəfə Fransa Prezidentinin və dövlət rəsmlərinin əyləşdiyi tribunanın önündən keçiblər.


Azərbaycan Respublikasının Maliyyə Naziri, Azərbaycan-Fransa iqtisadi komissiyasının sədri Samir Şərifov və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov da paradda qonaqlar arasında olub.

Sizin Reklam Yeriniz