Əlaqə Arxiv
news Image
2014.07.15
11:55
| A A A
Nazirlikdən səyahətə gedənlərə xəbərdarlıq

Mədəniyyət və Turizm Nazirliyi daxili və xarici turizm şirkətlərinin xidmətlərindən istifadə etmək istəyən Azərbaycan vətəndaşlarına bir sıra tövsiyyələr verib.  Movqe.az xəbər verir ki, nazirliyin saytında yerləşdirilmiş məlumatda əhaliyə tövsiyyə edilir ki, turizm şirkətlərinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş lisenziyanın olub-olmamasını, turist vauçerini və şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər. Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya almış obyektlərin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Sizin Reklam Yeriniz