Əlaqə Arxiv
news Image
2014.07.15
13:54
| A A A
Nazir bir görüşdə 28 nəfərin problemini həll etdi
Səhiyyə naziri Oqtay Şirəliyevin Balakən rayonunda keçirdiyi qəbulun nəticələrinə dair məlumat yayılıb. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, iyunun 20-də səhiyyə naziri Oqtay Şirəliyev Balakən rayon Mərkəzi Xəstəxanasında Balakən və ətraf rayonlardan olan Şəki, Zaqatala, Qax, Qəbələ, Oğuz rayon sakinlərini qəbul edib. Sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib. Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 2 nəfər - Respublika Klinik Uroloji Xəstəxanasına, 2 nəfər - Milli Oftalmologiya Mərkəzinə, 1 nəfər - 2 nömrəli Uşaq Klinik Xəstaxanasına, 1 nəfər- ET Hematologiya və Transfuziologiya İnstitutuna və Milli Onkologiya Mərkəzinə, 11 nəfər- Elmi Cərrahiyyə Mərkəzinə, 2 nəfər - Respublika Klinik Xəstəxanasına, 2 nəfər - Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər - Bakı şəhər 6 nömrəli Uşaq Klinik Xəstəxanasına və 1 nəfər - Şəki Perinatal Mərkəzinə göndərilib. Həmçinin övladı Belarusda müalicə alan və onun müalicə xərclərinin ödənilməsi ilə əlaqədar müraciət edən şəxsə bütün müayinə və müalicənin dövlət hesabına ödənilməsi şərti ilə ölkəyə gətirilməsi məsləhət görülüb. Digər 2 nəfərin xəstəliyi ilə əlaqədar Zaqatala və Balakən MRX-nın rəhbərliklərinə tapşırıqlar verilib.
Sizin Reklam Yeriniz