Əlaqə Arxiv
news Image
2014.07.15
14:01
| A A A
Məşğulluq Xidmətində iclas: nöqsanlarla bağlı xəbərdarlıq edildi

Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının 2014-cü ilin ilk yarım ili ərzində fəaliyyətinin yekunlarına və səmərəli aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində qarşıda duran vəzifələrə dair iclas keçirilib. Bu barədə Movqe.az-a nazirlikdən məlumat verilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, dövlət başçısı tərəfindən uzunmüddətli məşğulluq konsepsiyasının hazırlanması barədə tapşırıq verilməsi bu sahəyə ən yüksək səviyyədə diqqətin bariz təzahürüdür.  Son 8 ay ərzində ƏƏSMN-nin fəaliyyət sahələrində aparılan islahatlardan bəhs olunub, aktiv məşğulluq tədbirlərinin təşkili işlərinin təkmilləşdirilməsinin də diqqətdə saxlandığı vurğulanıb.

 

Dövlət Məşğulluq Xidmətinin rəisinin, Gəncə şəhər, Bakının Qaradağ və Sabunçu rayon Məşğulluq Mərkəzlərinin direktorlarının hesabat məruzələri dinlənilib. Bildirilib ki, hesabat dövründə məşğulluq xidməti orqanları tərəfindən 13742 nəfər münasib işlə təmin edilib. 1782 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 57327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb olunub.

Tədbirdə əmək bazarının öyrənilməsi və proqnozlaşdırılması işinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq şəraitində əmək bazarının düzgün təhlili üçün müvafiq monitorinqlərin aparılması, aktiv məşğulluq tədbirlərinin daha səmərəli təşkili, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üçün əlavə tədbirlərin hazırlanaraq həyata keçirilməsi barədə tapşırıqlar verilib. Habelə işsizlik müavinətlərinin təyin olunması və ödənilməsində şəffaflığın təmin edilməsi, dövlət qulluqçusunun etik davranış qaydalarına riayət edilməsi, vətəndaş məmnunluğunun təmin olunması tapşırılıb, fəaliyyət sahəsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq diqqətə çatdırılıb.

Sizin Reklam Yeriniz