Əlaqə Arxiv
news Image
2014.07.15
16:14
| A A A
577 nəfər qidadan zəhərlənib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 521 qida zəhərlənməsi baş verib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, qida zəhərlənməsi nəticəsində 577 nəfər zəhərlənib. Bu müddətdə 13 botulizm hadisəsi baş verib. Nəticədə 19 nəfər zərər çəkib. Zəhərlənmə hadisələrinin hamısı məişət şəraitində baş verib. Ümumilikdə qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub. Bu il 1 nəfər qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

Sizin Reklam Yeriniz