Əlaqə Arxiv
news Image
2014.07.15
18:50
| A A A
Qubada ata və oğul bıçaqlanıb

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Zərdabi kənd sakinləri, 1976-cı il təvəllüdlü Ağamalıyev Səxavət Kamil oğlu və onun oğlu, 1997-ci il təvəllüdlü Firuz Ağamaliyev müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanadan bildiriblər ki, F. Ağamalıyevin vəziyyəti yaxşı olduğundan o, ambulator müalicə üçün evə buraxılıb. Bel nahiyəsindən bıçaq xəsarəti alan S. Ağamalıyev isə əməliyyat olunub. Onun vəziyyəti orta ağırdır.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxs və ya şəxslərin tutulub istintaqa verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.


Sizin Reklam Yeriniz