Əlaqə Arxiv
news Image
2014.07.15
18:57
| A A A
I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb

İyulun 12-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Movqe.az verilən xəbərə görə, abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

 

Qeyd edək ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada həyata keçirilib.


Sizin Reklam Yeriniz