Əlaqə Arxiv
news Image
2014.07.16
10:58
| A A A
Moskva metrosunda qəza zamanı ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

İlkin məlumatlara görə, Moskva metrosunda qəza zamanı ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə Trend-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib.

O deyib: "Bizə ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb".

Azərbaycan XİN ölkənin Rusiyadakı səfirliyinə Moskva Metropolitenində qəza nəticəsində həlak olanlar və zərərçəkənlər arasında respublika vətəndaşlarının olub-olmaması məsələsinə aydınlıq gətirilməsini tapşırıb. Bu barədə çərşənbə axşamı Trend-ə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Moskva metrosunda qəza nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb. Bu barədə jurnalistlərə FH üzrə şəhər komissiyasının rəhbəri, Moskva merinin müavini Pyotr Biryukov bildirib.

O deyib: "Həlak olarlar haqqında son rəqəm on beş nəfərdir".

150-ə yaxın insanın yaralandığı xəbər verilir.

İyulun 15-də "Park Pobedı"- "Slavyanskiy bulvar" stansiyaları arasındakı yolda gərginliyin kəskin azalması səbəbindən metroda siqnal sistemi yanlış olaraq işə düşüb ki, bu da qatarın qəfil dayanmasına səbəb olub.

Sizin Reklam Yeriniz