Əlaqə Arxiv
news Image
2012.07.07
09:20
| A A A
Ermənistan Türkiyənin qoyduğu ədalətli şərtə əməl etməlidir
Türkiyənin dövlət rəsmiləri dəfələrlə Ermənistanla sərhədlərin açılmasının yeganə şərti olaraq rəsmi İrəvanın Azərbaycan torpaqlarının işğalına son qoymasını tələb ediblər

Türkiyə mətbuatında yazılan bəzi məlumatlara görə, Ermənistanla sərhədlərin açılması Dağlıq Qarabağ məsələsinin həllini tezləşdirə bilər. Buna münasibət bildirən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov SİA-ya müsahibəsində qeyd edib: "Bununla əlaqədar hələlik müxtəlif söz-söhbətlər davam edir. Siz bilirsiniz ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədlər 1991-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə görə bağlanıb. Sərhədlərin bağlanması Türkiyənin etirazını ifadə edirdi. Türkiyə cəmiyyəti birmənalı şəkildə Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmamış sərhədlərin açılmasının mümkün olmayacağı barədə mesajlar verib. Türkiyənin dövlət rəsmiləri dəfələrlə Ermənistanla sərhədlərin açılmasının yeganə şərti olaraq rəsmi İrəvanın Azərbaycan torpaqlarının işğalına son qoymasını tələb ediblər. Hesab edirəm ki, bütün bunlar bizdə işğal faktı aradan qalxmadan Türkiyə-Ermənistan arasında 20 ildir bağlı qalan sərhəd məsələsinin öz həllini tapa bilməyəcəyinə inam yaradır. Əgər Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə, Türkiyənin qoyduğu ədalətli şərtə əməl etməlidir. Yəni Azərbaycanın işğal altında olan torpaqlarını azad etməlidir".

Sizin Reklam Yeriniz