Əlaqə Arxiv
news Image
2014.07.16
17:10
| A A A
DBX-dan Azərbaycanda yayılan təhlükəli xəstəliklə bağlı-Rəsmi açıqlama
Kənd Təssərrüfatı Nazirliyinin (KTN) Dövlət Baytarlıq Xidməti (DBX) Cəlilabadda heyvanlar arasında yayılan təhlükəli xəstəliyə aydınlıq gətirib. DBX-nın mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Movqe.az-a açqılamasında bildirib ki, artıq bu xəstəliklə bağlı labarator müayinələrə başlanılıb: "Cəlilabadda heyvanlar arasında naməlum xəstəliyin yayılması xəbəri doğrudur. Amma hələki heyvanların tələfatı qeydə alınmayıb. Biz artıq analizlər götürüb labarator müayinələrə başlamışıq. Nəticələr sabah məlum olacaq".

Y. Xanvəli xəstəliyin ilkin gedişi ilə bağlı hələ ki qəti fikir söyləməyin mümün olmadığını, bu virusun Azərbayacana Türkiyə və İrandan keçmə ehtimalının olduğunu bildirib.  

Xatırladaq ki, Cəlilabad rayonunda heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, artıq vəziyyət o həddə çatıb ki, xəstəliyin daha da kütləvi hal almasının qarşını almaq məqsədi ilə rayonda hər bazar günü fəaliyyət göstərən mal bazarı da müvəqqəti olaraq bağlanıb. Ən acınacaqlı vəziyyət isə Cəlilabadın Alar kəndindədir. Kənd sakinlərinin sözlərinə görə xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqları soyulma prosesi gedir. Daha sonra hayvanlarının bədənlərinin müxtəlif nahiyyələrində dairəvi şəkildə şişlər yaranmağa başlayır. Məlumata görə Kənddə Xəstəliyə tutulmuş xeyli sayda iribuynuzlu heyvanların tələf olduğu və müvafiq qurumlar tərəfindən heyvanların cəsədlərinin yandırıldığı deyilir. Məsələ ilə bağlı Cəlilabad Baytarlıq idarəsinin rəisi Vidadi Əliyev xəstəliyin mənşəyi ilə bağlı dəqiq məlumatlar bəlli olana kimi açıqlama verə bilməyəcəyini bildirib.


Sizin Reklam Yeriniz