“Azərkosmos” tender elan etdi
Movqe.az xəbər verir ki, "Azərkosmos" Açıq Səhmdar
Cəmiyyəti "Kənar hüquq məsləhətçi xidmətlərinin satınalınması"na
dair açıq tender elan edib."Azərkosmos" ASC
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa
uyğun olaraq ikinci telekommunikasiya (Azərspace-2) peyki üçün
orbital mövqedən birgə istifadəni, peykin layihələndirilməsi və
orbitdə istismarı mərhələlərində texniki və əlaqədar olan digər növ
əməkdaşlığı, peyk tutumlarının kommersiyalaşdırılmasını
tənzimləyəcək müqavilələrin formalaşdırılması üzrə "Kənar hüquq
məsləhət xidmətlərinin satınalınması"na dair açıq tender keçirir və
qeyd edilən istiqamətlərdə təcrübəsi olan şirkətləri tenderdə
iştirak etməyə dəvət edib. Tenderdə
iştirak haqqı 500 dollar təşkil edir. Tender təklifinin qüvvədə
olma müddəti 60 gündür, xidmətin göstərilməsi müddəti – 2014-cü
ilin sonunadək nəzərdə tutulub. Tender təklifi və bank zəmanəti
avqustun 28-də saat 18:00-a qədər "Azərkosmos" ASC-yə (Azərbaycan
Respublikası, Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli küçəsi 72, 5-ci
mərtəbə) təqdim edilməlidir. Tender proseduru avqustun 29-da saat
16:00 -da "Azərkosmos" ASC-nin böyük iclas zalında
başlayacaq. Tender barədə əlavə
məlumat almaq üçün "Azərkosmos" ASC-yə tender komissiyasının sədri
- Saməddin Əsədova "[email protected]" elektron poçt
ünvanına, +(994) 12 5650055 (daxili 111) telefon nömrəsinə,
satınalmalar üzrə baş mütəxəssis - Arzu Quliyevaya –
"[email protected]", hüquq şöbəsinin böyük hüquqşünası -
Arzu Məmmədovaya – "[email protected]" müraciət etmək
olar.