Əlaqə Arxiv
news Image
2014.07.17
19:10
| A A A
Həbsxanaya sellofan paketin içərisində narkotik keçirməyə cəhd
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları Qobustan Həbsxanasında sovqatda sellofan paketin içərisində gizlədilmiş narkotik vasitə aşkarlayıblar. Movqe.az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə,  Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Vüsal Saleh oğlu Ataşova xalası oğlu Nurlan Allahverdi oğlu Nuriyevin gətirdiyi sovqata baxış keçirilən zaman, konfetlərlə dolu olan sellofan paketin içərisində gizlədilmiş, xalis çəkisi 10,588 qram olan narkotik vasitə - "Tiryək", 2,90 qram olan narkotik vasitə - "həşiş", 1,462 qram olan narkotik vasitə - "heroin" və 1,706 qram olan narkotik vasitə - "kokain" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 
Sizin Reklam Yeriniz