Əlaqə Arxiv
news Image
2014.07.18
10:40
| A A A
Cəbhə xəttində atəşkəs yenidən pozulub
Ermənilər sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozublar

Müdafiə Nazirliyindən anspress-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.


Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.


Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz