Əlaqə Arxiv
news Image
2014.07.18
11:06
| A A A
Şəkidə 25 yaşlı gənci ilan sancıb

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Baltalı kəndində baş verib.

 

1989-cu il təvəllüdlü Yavər Hüseyn oğlu Rəhimov yaşadığı evin həyətyanı sahəsində ot biçən zaman onu ilan sancıb. Y. Rəhimov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Şəki RMX-dan verilən məlumata görə, ilan Y. Rəhimovu sol ayağının baş barmağından sancıb.

Ona lazımi tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağır hesab edilir.

Sizin Reklam Yeriniz