Əlaqə Arxiv
news Image
2014.07.18
11:11
| A A A
Salyanda əmi-qardaşoğlu Kürdə batıb

Salyan Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, 

ötən gün saat 19.00 radələrində Salyan rayon Babazənən yaşayış massivinin sakini, 44 yaşlı Azər Ağabəy oğlu Əliyev və onun qardaşı oğlu, 13 yaşlı Samir Şahin oğlu Əliyev  Kür çayında çimərkən faciə baş verib.

 

Boğulan qardaşı oğlunu xilas etmək istəyən əmi özü də çayda batıb.

 

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri uşağın meyiti çaydan çıxarıblar, A. Əliyevin meyitinin axtarışları davam etdirilir.   

 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

 

Nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, 2002-ci il təvəllüdlü Şahin Sabir oğlu Əliyev və 1970-ci il təvəllüdlü Azər Ağabəy oğlu Əliyev Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

 

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Ş. Əliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

A. Əliyevin cəsədinin axtarışı davam etdirilir. 

Sizin Reklam Yeriniz