Əlaqə Arxiv
news Image
2014.07.18
18:48
| A A A
Azərbaycan prezidenti Niderlandın baş nazirinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Niderland Krallığının baş naziri Mark Rütteyə başsağlığı verib.Movqe.az-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab baş nazir. "Malaysia Airlines" şirkətinə məxsus "Boeing-777" təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı. Baş vermiş bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Sizin Reklam Yeriniz