Əlaqə Arxiv
news Image
2014.07.19
15:17
| A A A
İt İrandan gələn avtobusdan heroin tapdı
Sərnişin avtobusundan heroin aşkarlanıb.

Movqe.az-ın Dövlət Gömrük Komitəsinə istinadla verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Hamdanı Ghoujehbıglou Sıamak Akbar oğlunun idarə etdiyi "Scania" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı, xidməti itin reaksiyasına əsasən oturacaqlardan birində, bir ədəd bükümdə xalis çəkisi 19,667 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Adı çəkilən sürücü şifahi izahatında bildirib ki, həmin maddə ona məxsus deyil, məsələdən xəbərsizdir və həmin maddənin aşkar edildiyi oturacaqda sərnişin Mahmud Vəliyev əyləşib. Sürücü qeyd edib k, sərnişin özünü şübhəli aparırmış.

Bundan sonra M.Vəliyev bir ədəd bükümdə olan narkotik vasitənin ona məxsus olduğunu və özünün gizlətdiyini etiraf edib.
Sizin Reklam Yeriniz