Əlaqə Arxiv
news Image
2014.07.20
11:08
| A A A
Malayziya təyyarəsindən 192 cəsəd tapılıb
17 iyul Ukraynanın şərqində Boinq 777-nin qəzası nəticəsində ölənlərin 192-sinin cəsədi tapılıb.


Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin baş nazirinin müavini Vladimir Qroysman xəbər verib.
"Bu vaxta 192 cəsəd tapılıb. Axtarış sahəsi daha 35 kilometr boyunca genişlənib. Axtarışlarda daimi olaraq silajhlı şəxslər tərəfindən qorunan 200 Fövqəladə Hallar üzrə Dövlət xidmətinin əməkdaşı iştrak edir" - deyə Qrosman mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, xilasedicilərin işlədiyi sahədə 800-900 üsyançı mövcuddur. O, həm də qeyd edib ki, işlərə 21 ədəd texnika cəlb olunub. Qroysman həmçinin bildirib ki, bu günə kimi nə ukraynalı, nə də beynəlxalq ekspertlərin təhlükəsizliyi barədə heç bir zəmanət alınmayıb. Buna baxmayaraq, həmin əraziyə nəzarət edənlərdən həlak olanların cəsədinin çıxarılmasına razılıq əldə edilib.

"Cəsədləri ərazidən çıxartmaq üçün hər cür şəraitimiz var, lakin qəzanın baş vermə sahəsinə girə bilmirik" - deyə baş nazirin müavini əlavə edib.

Xatırladaq ki, 17 iyul tarixində Amsterdam-Kuala-Lumpur reysi ilə hərəkət edən sərnişin təyyarəsi Donetsk ərazisində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində yerləşən 298 nəfərin hamısı həlak olub. İlkin ehtimallara görə təyyarə raketlə vurulub.

Sizin Reklam Yeriniz