Əlaqə Arxiv
news Image
2014.07.20
19:00
| A A A
Tərtərdə qəza: 1 hərbçi öldü
Tərtərin Hüsənli kəndi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, qəzaya düşənlər Azərbaycan ordusunun hərbçiləridir.

Müddətdən artıq xidmət edən hərbiçi (MAXE) 1993-cü il təvəllüdlü Əhlimanlı Koroğlu Elman oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik maşınının aşması nəticəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü leytenant Anar İlham oğlu Əsgərzadə dünyasını dəyişib, maşında olan digər MAXE-lər Rəfizadə Nurlan Rəfael oğlu və Bəylərov Emin Nuqay oğlu sürücü ilə birlikdə ağır xəsarət alıblar.

Yaralılar yıxınlıqdakı hərbi hospitala çatdırılıb. Dünyasını dəyişən zabit Əsgərzadənin meyiti isə Tərtər Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Sizin Reklam Yeriniz