Əlaqə Arxiv
news Image
2014.07.20
20:17
| A A A
Video daha sürətlə ötürüləcək
Tokioda (Yaponiya) keçirilən 1st Live Entertainment & Event Expo (LIVENT) konfransında yüksək təsvir ölçülü videonun (Ultra High Definition) real vaxt rejimində simsiz rabitə ilə ötürülməsini təmin edən sistem nümayiş olunub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , 4k60p Wireless Transmission System adlandırılan kompleksin yaradılmasında Ltec, Techno Mathematical Co (TMC) və Hitachi Kokusai Electric şirkətlərinin mütəxəssisləri iştirak edib.

Mütəxəssislərin sözlərinə görə, 4K formatlı videonu dəstəkləyən çoxlu kameraların yaradılmasına baxmayaraq həmin qurğularla çəkilən materiallar adətən simli vasitələrlə və ya dəyişdirilən daşıyıcılarla ötürülür, yüksək təsvir ölçülü videonun simsiz translyasiyası üçün mövcud sistemlər isə çoxlu maneələr səbəbindən real vaxt rejimində işləyə bilmir.

Sadə struktur üzərində qurulan 4k60p Wireless Transmission System kompleksi H.264 standartından, simsiz qəbuledici-ötürücü və 4K formatlı displeydən istifadə edən kodlama və dekodlama qurğularından ibarətdir. Məlumatların ötürülməsi 25 QHs diapazonunda həyata keçirilir, buraxılış qabiliyyəti 95 Mbit/saniyəyə çatır.

Qeyd edilir ki, sistem real vaxt rejimində videonu 3840x2160 piksel təsvir ölçüsündə və saniyədə 60 kadr tezliyində ötürməyə imkan verir. 4k60p Wireless Transmission System kompleksinin konsert, idman yarışları və s. tədbirlərin canlı yayımını həyata keçirəcək.
Sizin Reklam Yeriniz