“Eurovision-2013” mahnı müsabiqəsinin keçiriləcəyi şəhər müəyyənləşib
“Eurovision-2013” mahnı müsabiqəsinin keçiriləcəyi şəhər müəyyənləşib.
APA-nın
məlumatına görə, müsabiqəyə İsveçin Malmö şəhəri ev sahibliyi
edəcək. 2013-cü ildə İsveçdə keçiriləcək "Eurovision" mahnı
müsabiqəsinə ev sahibliyi etmək üçün üç şəhərin namizədliyi irəli
sürülmüşdü. Malmö Stokholm və Höteborq şəhərlərini geridə qoyaraq
bu şansı əldə edib.
Qeyd edək ki, Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində İsveç təmsilçisi Loreen qalib gəlib.
Qeyd edək ki, Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində İsveç təmsilçisi Loreen qalib gəlib.