Əlaqə Arxiv
news Image
2014.07.21
10:13
| A A A
Günün Ramazan təqvimi
23 ramazan 1435 – 21 iyul 2014

Imsaq: 05.01
İftar: 21.22

24-cü günün duası: Allahummə inni əsəlukə fihi mA yurzik. Və Əuzu bikə mima yuzik. Və əsəlukə təufiqikə fihi li ən utikə və la əsiyək. Ya cəvadəs-sailin.

(İlahi, bu gün Səni razı salan əməlləri Səndən istəyirəm. Sənə, Səni qəzəbləndirən əməllərdən sığınıram. Səndən, Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım etməyini istəyirəm. Ey hacəti olanlara səxavət və kərəm göstərən Allah!).

Ayə: "Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" /Rahman/

Hədis: "Üzrsüz, Ramazanda bir gün oruc tutmayan, bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o bir günki savaba qovuşa bilməz".

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Ps. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9
Sizin Reklam Yeriniz