Əlaqə Arxiv
news Image
2014.07.21
10:45
| A A A
Bu gün hava necə olacaq?

Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abşeron yarımadasında temperatur gecə 20-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Aran rayonlarında iyulun 21-də havanın əsasən yağmursuz olacağı, temperaturun gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz