Əlaqə Arxiv
news Image
2014.07.21
11:40
| A A A
II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanı ilə bağlı apelyasiya komissiyası yaradılıb

Qəbul imtahanının nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı apelyasiya komissiyası yaradıb.

 

TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, apelyasiya komissiyasına müraciət etmək istəyənlər iyulun 21-də saat 10.00-dan 17.00-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.

 

TQDK iyulun 20-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını da açıqlayıb. Abituriyentlər

 

Azərbaycan bölməsi - II qrup http://eservices.tqdk.gov.az/exam/a2_e200714.htm,

Azərbaycan bölməsi - III qrup http://eservices.tqdk.gov.az/exam/a3_e200714.htm,

Rus bölməsi - II qrup http://eservices.tqdk.gov.az/exam/r2_e200714.htm,

Rus bölməsi - III qrup http://eservices.tqdk.gov.az/exam/r3_e200714.htm

 

səhifəsində tanış ola bilərlər.

 

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur.


Sizin Reklam Yeriniz